Tanınmış skripkaçı, beynəlxalq müsabiqələr laureatı Aleksandra Vıdrya "Musiqidə rəqs" adlı konsert proqramı ilə çıxış edəcək. SİA-nın verdiyi məlumata görə, konsertin proqramına İ.S.Bax, V.A.Motsart, L.Betxoven, R.Vaqner, P.Sarasate və Azərbaycan bəstəkarlarının əsərləri daxildir.
Aleksandra Vıdryanı beynəlxalq müsabiqələr laureatları Lalə Mürşüdlü (vilolonçel), Aynur Qasımova (qanun) müşayiət edəcəklər. Konsertmeyster Nərgiz Əliyevadır.
Qeyd edək ki, konsert dekabrın 16-da "Kapellhaus" Alman-Azərbaycan Mədəniyyət Birliyində baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB