Uşaqlara şad xəbər! bayram şənliyi keçiriləcək

Uşaqlara şad xəbər! bayram şənliyi keçiriləcək

Heydər Əliyev Sarayı, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində uşaqlar üçün növbəti dəfə musiqili-əyləncəli yeni il şənliyi təşkil edəcək. Sarayın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, hər il olduğu kimi, bu il də şənlik iştirakçılarına yeni hazırlanan proqram təqdim ediləcək. Uşaqların marağına səbəb olacaq bayram şənliyində, uşaq kollektivləri yeni və maraqlı musiqili kompozisiyalar, milli və müasir rəqslərlə çıxış edəcəklər.

Şənlikdə, illüziya şousu, rəngarəng çıxışlar və digər sürprizlər ilə yanaşı, peşəkar incəsənət ustalarının çıxışı gözlənilir. Əlvan şam ağacının ətrafında toplaşacaq uşaqlar qar qız, şaxta baba və digər nağıl qəhrəmanları ilə birgə əylənəcəklər.

Qeyd edək ki, bayram şənliyi dekabrın 29-u, saat 18:00–da Heydər Əliyev Sarayında baş tutacaq. Biletlərin qiyməti isə 10-30 manat arasında dəyişəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə