Ümumilli Liderin xatirəsi Filarmoniyada anılıb

Ümumilli Liderin xatirəsi Filarmoniyada anılıb

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirə gecəsi keçirilib. SİA-nın verdiyi məlumata görə, Ulu Öndər Heydər Əliyevin xatirə gecəsi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə baş tutub.

Gecəni mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açaraq bu gün ölkəmizin hər bir vətəndaşı üçün matəm və hüzn günü olduğunu diqqətə çatdırıb: "Biz Ulu Öndərin vəfatının 11-ci ildönümünü qeyd edirik. Ulu öndər Heydər Əliyev elə bir şəxsiyyətdir ki, o, xalqımızın qəlbində daim yaşayacaq. Heydər Əliyev Azərbaycan mədəniyyətinə, xüsusən, milli musiqimizə və onun nümayəndələrinə həmişə xüsusi diqqət yetirib, məhəbbət və ehtiramla yanaşıb. Biz hamımız yaxşı bilirik ki, mədəniyyət xalqların ünsiyyətində və bir-biri ilə anlaşmasında müstəsna rol oynayıb".

Qeyd edək ki, sonra Xalq Artisti, professor Rauf Abdullayevin rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edib. Proqramda Q.Qarayevin "Leyli və Məcnun" simfonik poeması və Niyazinin "Rast" simfonik muğamı səslənib.

Bütün xəbərlər Facebook səhifəmizdə