Çingiz Abdullayev: "Ədəbiyyat və real həyat tamamilə fərqlidir AÇIQLAMA

Çingiz Abdullayev: "Ədəbiyyat və real həyat tamamilə fərqlidir AÇIQLAMA

"Hər kriminal süjetli əsər detektiv sayıla bilməz". Bu haqda SİA-ya xalq yazıçısı Çingiz Abdullayev söyləyib. Bildirib ki, hazırda siyasi detektiv tələb olunan ədəbi janr olduğundan dünyada bu sahədə yazanların sayı çoxdur, lakin bu tipli bir çox əsərlər heç də istənilən təsirə malik olmur: "Bir çox yazıçılar diqqətli oxucunu öz yalanına inandırmağa çətinlik çəkir. Bu cür əsərlərin uğursuzluğunun səbəbi hadisələrin təsvirində ya həddən artıq dəqiqlikdir ki, bu da onları bədii əsərdən çox sənədli romanlara bənzədir. Bəzən yazıçının təxəyyülü ifrata varır ki, bu zaman oxucu əsəri sadəcə uydurma kimi qəbul edir. Onu da deyim ki, Sovet hakimiyyəti dövründə detektiv əsərləri yazanları dövlət sirrini açıqlayan kimi təqdim edirdilər. Hətta detektiv əsər yazan yazıçını həbs ediblər ki, müstəntiqlərin sirlərini öz kitablarında açır. Bu günə qədər də hər kəs bu hadisəyə gülür. Düşünürəm ki, bu savadsızlığın göstəricisidir. Qəbul edək ki, ədəbiyyat və real həyat tamamilə fərqlidirlər. Bəzi cinayətlər var ki, mən əsərlərimdə həmin xırdalıqları yazmıram. Ona görə yox ki, bu sirdir. Sadəcə hər hansı bir insan həmin məqamdan istifadə edib, xoşagəlməz hadisə törədə bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə