M.S.Ordubadinin xatirə muzeyi Dövlət Din tarixi muzeyi ilə birgə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş "Gərək nəbzin Vətənin nəbzi ilə vursun" mövzusunda tədbir keçirib. SİA-nın verdiyi məlumata görə, muzeyin foyesində ümummilli lider Heydər Əliyevin həyat və yaradıcılığını əks etdirən sərgi nümayiş etdirilib.
Muzeyin direktoru Lalə Abbaszadə "Ulu Öndər heç vaxt unudulmayacaq" mövzusunda məruzə ilə çıxış edib.
Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin ədəbi-diyarşünaslıq dərnəyinin üzvləri Heydər Əliyevə həsr edilmiş şeirlərdən ibarət ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.
Qeyd edək ki, sonda mərkəzin fəal üzvlərinə fəxri fərmanlar təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB