“Azərbaycan tarixinin öyrənilməsində muzeylərin rolu”

“Azərbaycan tarixinin öyrənilməsində muzeylərin rolu”

Gələn il aprelin 7-də Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində "Azərbaycan tarixinin öyrənilməsində muzeylərin rolu" mövzusunda V respublika elmi konfransının keçirilməsi planlaşdırılır. SİA-nın verdiyi məlumata görə, konfransda muzeylərin elmi, fond, ekspozisiya işi və Azərbaycan tarixinin öyrənilməsi, muzey pedaqogikası və tarixi tədqiqatlar, tariximizin təbliğində muzeylərin rolu, onların təhsil müəssisələri ilə qarşılıqlı əlaqələri müzakirə ediləcək.

Qeyd edək ki, bu mövzular üzrə hazırlanan tezislər 2015-ci il martın 5-dək qəbul ediləcək. Tezislərin tərtibatına dair tələblər və əlaqələndirici şəxs barədə muzeyin rəsmi saytında (www.azhistorymuseum.az) və "Facebook" səhifəsində (www.fb.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan) məlumat almaq olar.

Bütün xəbərlər Facebook səhifəmizdə