“Axınla üzü aşağı”

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasında çəkilən "Axınla üzü aşağı" bədii filminin təqdimat mərasimi keçiriləcək. SİA-nın verdiyi məlumata görə, filmin ssenari müəllifi və quruluşçu rejissoru Asif Rüstəmov, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiz İsmayılov, icraçı prodüseri Nadir Əliyevdir.

Ailə-məişət mövzusunda olan filmdə Namiq Ağayev, Mehriban Zəki və digər aktyorlar rol alıblar.

Qeyd edək ki, tədbir dekabrın 19-da Nizami Kino Mərkəzində baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə