Nabat bədii filmi XIV Mərakeş Beynəlxalq Film Festivalında nümayiş edilib. SİA-nın verdiyi məlumata görə, festivalın müsabiqə proqramında yer alan filmin təqdimatı Palais des Congrès - Salle des Ministres kinoteatrında keçirilib.
Mərakeş Beynəlxalq Film Festivalının möhtəşəm açılış mərasimində və filmin nümayişində ekran əsərinin rejissoru və ssenari müəllifi Elçin Musaoğlu və baş rolun ifaçısı Fatemeh Motamed Arya iştirak ediblər. "Nabat" kinotənqidçilər və tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.
Azərbaycan filminin ilk dəfə yer aldığı Mərakeş Beynəlxalq Film Festivalı 13 dekabr tarixinədək davam edəcək.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında 2014-ci ildə istehsal olunan "Nabat" filminin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu rejissoru Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, prodüseri Müşfiq Hətəmovdur. Ekran əsərində baş rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB