Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru və quruluşçu rejissoru, əməkdar artist Nicat Kazımov Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin diplomuna layiq görülüb. SİA-nın verdiyi məlumata görə, o, bu diploma sözügedən nazirlik tərəfindən həyata keçirilən "Tarixin canlı səhifələri" I və II Gənclər Festivallarında rejissor işinə görə təltif edilib.
I Gənclər Festivalı cari ilin may ayında Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümündə Şəki şəhəri "Xan sarayı"nda, II Gənclər Festivalı isə avqust ayında Suraxanı rayonunda yerləşən "Atəşgah Məbədi" Dövlət Tarixi-Memarlıq Qoruğunda baş tutub.
Tarixi rekonstruksiya formatında təşkil edilən festivalların əsas məqsədi gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək, onların tariximizə olan marağını özlərinin də iştirak etdiyi bədii-xroniki səhnəciklər vasitəsilə artırmaq, şərəf dolu tarixi döyüş anlarını gənclərə əyani şəkildə çatdırmaqdır.
Qeyd edək ki, festivallar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 iyul 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının 6.2.7 yarımbəndini icra etmək məqsədi ilə Gənclər və İdman Nazirliyi tərəfindən reallaşdırılıb.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB