Avropa Komissiyasının Şərq Tərəfdaşlığı Proqramının 4-cü platformasının 12-ci görüşündə iştirakçı dövlətlərinin (Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna), Avropa İttifaqının üzv dövlətlərinin (Bolqarıstan, Çexiya, Estoniya, Finlandiya, İsveç, Latviya, Litva, Polşa, Rumıniya), Avropa Komissiyasının rəsmi nümayəndə heyətləri, Avropa Parlamentinin, Avropa Şurasının, YUNESKO-nun təmsilçiləri və müstəqil ekspertlər iştirak edirdilər (iştirakçıların siyahısı əlavə olunur). SİA-nın verdiyi məlumata görə, Azərbaycan Respublikasını Xarici İşlər Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyinin nümayəndələri təmsil edirdilər.
Görüş zamanı Avropa Komissiyasının Şərq Tərəfdaşlığı Proqramının 4-cü platformasının tərəqqisi, nailiyyətləri, bu yaxınlarda baş tutmuş tədbirlərin hesabatları və gələcək tədbirlərin formatı, Şərq Tərəfdaşlığı Proqramının "Gənclik Pəncərəsi", "Erasmus+", "Yaradıcı Avropa", "Mədəniyyət Proqramı" və bu kimi layihələrdə iştirak, "Mədəni sənayelər", "Film sənayeləri" kimi araşdırmaların yenilənməsi, "Ali Təhsilin çevikliyi və beynəlmiləşdirilməsi" və bu kimi mövzular ətrafında müzakirələr aparıldı, gələcək əməkdaşlıq perspektivləri imkanları araşdırıldı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB