Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin iş planına müvafiq olaraq uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində tədris işinin təşkili ilə bağlı zona müşavirələri keçirilir. SİA-nın verdiyi məlumata görə, bununla əlaqədar Gəncə şəhərində Mədəniyyət və Turizm Nazirliyinin, Gəncə Şəhər Mədəniyyət və Turizm İdarəsinin əməkdaşlarının, Gəncə şəhər, Daşkəsən, Göygöl, Samux, Kəlbəcərrayon uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin direktorları və tədris işləri üzrə direktor müavinlərinin iştirakı ilə zona müşavirəsi keçirilib.
Müşavirədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin aidiyyəti qərar və sərəncamlarının, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əmr və kollegiya qərarlarının, habelə uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin fəaliyyətini tənzimləyən digər normativ sənədlərinin, Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin Nümunəvi Əsasnaməsi, Tədris Planları, Tədris Proqramlarının tələb və müddəaları ilə bağlı zəruri məlumatlar və izahatlar verilmiş, əməli köməklik göstərilib.
Bununla yanaşı bədii təhsilin inkişafı, gənc nəslin estetik tərbiyəsi, pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, istedadlı uşaqların üzə çıxarılması, onların yaradıcılıq imkanlarının inkişaf etdirilməsi üçün əlverişli şəraitin yaradılması və s. məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Tədbirdən sonra iştirakçılar şəhərin mərkəzində 2014-cü ildə istifadəyə verilmiş Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin və Uşaq Yaradıcılıq Mərkəzinin tədris korpusunda olmuş və burada tədris prosesini izləyiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB