Özbəkistanda Azərbaycan lavaşı haqqında məqalə nəşr olunub

Özbəkistanda Azərbaycan lavaşı haqqında məqalə nəşr olunub

Özbəkistandakı səfirliyimizin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə bu ölkənin silkway.uz portalında tarixçi-alim, jurnalist Sergey Qurbanovun "Лаваш. Национальная выпечка Азербайджана" adlı məqaləsi nəşr olunub. (http://www.silkway.uz/newsmore/5406)

Lavaşı Azərbaycan milli mətbəxinin ən qədim nümunəsi hesab edən müəllif onun hazırlanma texnologiyasının, ənənələrinin 6 min il əvvələ aid olduğunu bildirir. SİA-nın verdiyi məlumata görə, "Lavaş" sözünün etimologiyasının "Alov" mənasını daşıdığını və bu sözlərin kökünün türkmənşəli olduğunu qeyd edir.

Sergey Qurbanov Azərbaycan mənbələrinə istinad edərək əkinçiliyin qədim dövrlərdən kifayət qədər geniş yayıldığını diqqətə çatdırır, lavaşın hazırlanma və bişirilmə qaydaların nəzər salır.

Məqalənin maraqlı cəhətlərindən biri də burada müqayisə üçün erməni müəlliflərinin yazılarına müraciət olunmasıdır. Tarixçi-alim qeyd edir ki, erməni Sevaratyan "Lavaş" sözünün türk dilindən götürüldüyünü, türk, Azərbaycan, qazax, özbək, Qaraçay, tatar və uyğur dialektlərində istifadə olunduğunu bildirir. Həmçinin lavaş və lavaş məhsullarının Azərbaycan mətbəxində geniş istifadə edildiyini yazır.

Bütün xəbərlər Facebook səhifəmizdə