Azərbaycan Dövlət Uşaq Filarmoniyası balaca tamaşaçıların görüşünə maraqlı konsert proqramı ilə gəlir. SİA-nın verdiyi məlumata görə, dekabrın 22-də Azərbaycan Dövlət Musiqili Teatrının səhnəsində "Bremen musiqiçilərinin yeni il şənliyi" adlı konsert təqdim ediləcək.
Konsertdə Azərbaycan Dövlət Uşaq Filarmoniyasının bütün yaradıcı heyətinin, o cümlədən rəqs, xor, uşaq musiqili teatrının, vokal qrupunun və digər kollektivlərinin iştirakı nəzərdə tutulub.
Yeni il konsertinin proqramına Azərbaycan və dünya bəstəkarlarının əsərləri daxildir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB