İlyas Əfəndiyevin kitabı Braziliyada çap olunub

İlyas Əfəndiyevin kitabı Braziliyada çap olunub

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, xalq yazıçısı, dramaturq İlyas Əfəndiyevin 100 illik yubileyi münasibətilə Braziliyada ədibin "Seçilmiş əsərlər" kitabı çap olunub. SİA-nın verdiyi məlumata görə, Azərbaycanın Braziliyadakı səfirliyinin dəstəyi ilə işıq üzü görən kitaba müəllifin portuqal dilinə tərcümə olunmuş "Sən həmişə mənimləsən", "Dəlilər və ağıllılar", "Hökmdar və qızı" pyesləri daxil edilib.

Yeni nəşrə Braziliya Mədəniyyət Nazirliyinin Milli İncəsənət Fondunun prezidenti Quti Fraqa və Azərbaycanın bu ölkədəki səfiri Elnur Sultanov "Ön söz" yazıblar.

Qeyd edək ki, yaxın günlərdə kitabın Rio de Janeyro şəhərində təqdimatı keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə