Çingiz Əlioğlunun 70 illik yubileyi qeyd edilib

Çingiz Əlioğlunun 70 illik yubileyi qeyd edilib

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin poeziya bölməsinin rəhbəri, Əməkdar İncəsənət Xadimi, tanınmış şair Çingiz Əlioğlunun 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə hökumət nümayəndələri, Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər.

Tədbir Ç.Əlioğlunun həyat yolundan bəhs edən vidomaterialın təqdimatı ilə başlayıb.

Bütün iştirakçıları salamlayan Çingiz Əlioğlu hamıya dərin minnətdarlığını bildirib və şeirindən bir parça oxuyub.

Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev çıxışında bu qədər insanın bura gəlməsi Çingiz Əlioğlu poeziyasının bənzərsizliyindən, ona olan sonsuz sevgidən xəbər verdiyini diqqətə çatdırıb.

Nəzərinizə çatdıraq ki, Vaqif Əliyev Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri mədəniyyət işçisi" döş nişanını və nazirliyin fəxri fərmanını yubilyara təqdim edib.

Çingiz Əlioğlunun yaradıcılığına gənclik illərindən bələd olduğunu deyən Milli Məclis sədrinin müavini Bahar Muradova onun poeziyası tamam fərqli, özünəməxsusluğu ilə seçildiyini söyləyib.

Qeyd edək ki, gecədə Çingiz Əlioğlunun şeirlərinə bəstələnmiş mahnılar ifa olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə