“Çiyələk qadın” kitabının təqdimat mərasimi keçirilib VİDEO

“Çiyələk qadın” kitabının təqdimat mərasimi keçirilib VİDEO

Bu gün Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda yazıçı, jurnalist, "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibi Rəşad Məcidin "Çiyələk qadın" kitabının təqdimat mərasimi keçirilib. SİA-nın verdiyi məlumata görə, mərasimdə yazıçı, şairlər, mədəniyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza açaraq oxucuların Rəşad Məcidi "Çiyələk qadın" sevgi şeirləri kitabında başqa yöndən görüb, daha yaxından tanıyacaqlarını diqqətə çatdırıb. Həmçinin bu kitabın ərsəyə gəlməsində köməyi keçən hər kəsə dərin təşəkkürünü bildirib.

Daha sonra səbəbkar, kitabın müəllifi Rəşad Məcid söz alaraq kitaba daxil olan şeirlərin tarixçəsi haqda qısa məlumat verib: Bildirib ki, "Xilaskarım" adlı şeiri 2011-ci il oktyabrın 5-də Ankaradakı oteldə, gecəyarısı, Yəsəvi Universitetinin bloknotuna yazılıb: "Bu şeirin ünvanının həqiqətən siqaret olduğuna indinin özündə də əmin deyiləm. Amma siqaret bu və bundan sonrakı – sayı 200-ü keçən şeirlərin yazılmasında mənə sadiq yoldaş olduğuna görə, "Xilaskarım"ın ünvanını dəyişmədim. Onu da deyim ki, əslində nəsr yazmaq iynə ilə quyu qazmaq qədər çətindir. Ümid edirəm ki, kitabıma daxil olan şeirləri oxuyucular bəyənəcək".

Qeyd edək ki, sonda gənc yazarlarla fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə