Nazirlik bir sıra şirkətlərə xüsusi lisenziya verib

Nazirlik bir sıra şirkətlərə xüsusi lisenziya verib

Azərbaycan Respublikası Prezidentinin 02.09.2002-ci il tarixli, 782 nömrəli Fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar"a və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07.11.2002-ci il tarixli, 174 nömrəli və 05.12.2008-ci il tarixli, 271 nömrəli "Fəaliyyət növlərinin xüsusiyyətlərindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər barədə" Qərarlarına uyğun olaraq, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən noyabr ayı ərzində aşağıda adları göstərilən şirkətlərə turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilib:

1. "Tour De Vorld" Məhdud Məsuliyyətli Cəmiyyətinə (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, ev 31, mənzil 21, 11.11.2014-cü il tarixli, qeydiyyat nömrəsi 439, seriya №-si 083882).

2. "ABDU-TRAVEL" Məhdud Məsuliyyətli Cəmiyyətinə (hüquqi ünvanı: Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 57, mənzil 39, 12.11.2014-cü il tarixli, qeydiyyat nömrəsi 440, seriya №-si 083883).

3. "Flay-İnn" Məhdud Məsuliyyətli Cəmiyyətinə (hüquqi ünvanı: Bakı şəhəri, Səbail rayonu, Ə.Əlizadə küçəsi, ev 14, 21.11.2014-cü il tarixli, qeydiyyat nömrəsi 441, seriya №-si 083884).

4. "Five Star Travel" Məhdud Məsuliyyətli Cəmiyyətinə (hüquqi ünvanı: Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 18B; 27.11.2014-cü il tarixli, qeydiyyat nömrəsi 442, seriya №-si 083885).

5. "Air Tour" Məhdud Məsuliyyətli Cəmiyyətinə (hüquqi ünvanı: Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev, ev 19/1, mənzil 23, 27.11.2014-cü il tarixli, qeydiyyat nömrəsi 443, seriya №-si 083886).

6. "Crystal Travel" Məhdud Məsuliyyətli Cəmiyyətinə (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi r-nu, Zərifə Əliyeva küçəsi, ev 55, ofis 45; 27.11.2014-cü il tarixli, qeydiyyat nömrəsi 444, seriya №-si 083887).

7. "Royal Travels and Services" Məhdud Məsuliyyətli Cəmiyyətinə (hüquqi ünvanı: Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, ev 44; 28.11.2014-cü il tarixli, qeydiyyat nömrəsi 445, seriya №-si 083888).

Qeyd edək ki, respublika ərazisində xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərən turizm şirkətlərinin sayı 272-yə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə