MTN tərəfindən bəzi mehmanxanalara dərəcə sertifikatları verilib

MTN tərəfindən bəzi mehmanxanalara dərəcə sertifikatları verilib

Mehmanxana və mehmanxana tipli obyektlərdə göstərilən xidmətlərin müvafiq tələblərə və standartlara uyğunluğunu yoxlamaq və müəyyən etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi mehmanxanaların təsnifatını aparır. SİA-nın verdiyi məlumata görə, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən oktyabr ayında Bakı şəhərində fəaliyyət göstərən mehmanxanalara dərəcə sertifikatları verilib

1. "afran Hotel"mehmanxanası (4 ulduz),

2. "Caspian Business Hotel"mehmanxanası (4 ulduz),

3. "Qafqaz Park" mehmanxanası (4 ulduz),

4. "Admiral" mehmanxanası (4 ulduz),

5. "Egoist" mehmanxanası (4 ulduz),

6. "Qız Qalası" mehmanxanası (3 ulduz).

Qeyd edək ki, respublika ərazisində təsnifatdan keçmiş mehmanxana və mehmanxana tipli obyektlərin sayı 75-ə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə