"Çakallarla Dans 3” və “Ehram” filmlərinin nümayişi başlanıb FOTO

"Çakallarla Dans 3” və “Ehram” filmlərinin nümayişi başlanıb FOTO

Bu gündən etibarən Nizami Kino Mərkəzində "Çakallarla Dans 3 " və "Ehram" filmlərinin nümayişi başlanıb. Mərkəzdən SİA-ya verilən məlumata görə, Türkiyə rejissoru Murat Şekerin çəkdiyi "Çakallarla Dans 3" filmi macəra və komediya janrındadır.

Qayınço Gökhan, Del Piero Hikmet, Köfte Necmi və mühasib Servet yenə bir yerdədirlər. Cəmiyyətlə ayaqlaşmağı öyrənmək üçün hətta "qrup terapiyasına" gedirlər. Bir gün Hikmət, bəlkə də həyatında ilk dəfə gördüyü ən gözəl qız - Mehriban ilə rastlaşır. Amma Mehriban danışmır - laldır. Onlar bir-birilərinə aşiq olurlar. Hikmət Mehribanla evlənmək qərarına gəlir. Amma Mehribanın anasının Hikmətdən etdiyi xahiş onu yenidən döndüyü yola qayıtmağa vadar edir. Beləliklə çaqqalların macəraları qaldığı yerdən davam edir.

Filmdə baş rolları, ilk iki bölümdə olduğu kimi Şevket Çoruh, İlker Ayrık, Timur Acar ve Murat Akkoyunlu ifa edirlər. Filmin ssenarisi isə Murat Şeker və Ali Tanrıverdiyə aiddir.

Növbəti, Amerika istehsalı olan "Ehram" filmini, rejissor Qreqori Levasser Deniel Mirsand və Nik Saymonun ssenarisi əsasında dəhşət janrında çəkib.

Bir qrup Amerika arxeoloqu Misir səhrasının qatlarından qədim ehram ortaya çıxarırlar. Ehramın tədqiqatına başlayan qrup, onun sonu olmayan qaranlıq katakombalarında qeyb olurlar.

Baş rollarda Eşli Xinşou, Denis Oxeyr, Ceyms Bakli, Kristina Nikola, Amir Kamiab, Faykal Attuquy,Filip Şelli, Omar Benbraxim, Cozef Beddelem, və Qarşa Arritos çəkiliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə