Çingiz Əlioğlunun 70 illik yubileyi təntənəli şəkildə qeyd olunacaq
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Əməkdar İncəsənət Xadimi, şair Çingiz Əlioğlunun 70 illiyinə həsr olunmuş təntənəli yubiley tədbiri keçiriləcək. SİA-nın verdiyi məlumata görə, bir çox elm və mədəniyyət xadimlərinin iştirak edəcəyi tədbirdə Çingiz Əlioğlunun zəngin həyat yolu, fəaliyyəti və yaradıcılığından söhbət açılacaq, şeirləri səsləndiriləcək. Habelə, sevilən müğənnilərin ifasında səslənən mahnılar tamaşaçıların zövqünü oxşayacaq.
Azərbaycan Yazıçılar Birliyinin Poeziya bölməsinin rəhbəri Çingiz Əlioğlu Əməkdar Mədəniyyət İşçisi, Əməkdar İncəsənət Xadimi, bir sıra beynəlxalq və milli mükafatlar laureatıdır. Bu günə qədər şairin doğma ana dilində və xarici dillərdə 60-dan çox kitabı nəşr edilıb: "Nikbinlik", "Ömür ağacı", "Günəşli dayanacaqlar", "Görüşdən ayrılığa", "Gün keçdi", "Aynabənd", "Atlantlar", "Avand", "Fraqmentlər", "Ruhumun həndəsəsi", "Dünən və əbədi", "Gecə və bahar", "Şairlik bir sənət deyilmiş, qardaş", "Tanrını tanı", "Çərçivə" və s.
Nəzərinizə çatdıraq ki, şairin əsərləri dünyanın bir çox dillərinə - rus, ingilis, alman, fransız, ispan, çin, ərəb, polyak, çex, fin, rumın, bolqar, latış, litva, gürcü, özbək, qazax, və s. tərcümə olunub.
Qeyd edək ki, tədbir 5 dekabr, saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB