III Beynəlxalq Mahmud Kaşğarlı Hekayə Müsabiqəsinin qalibləri mükafatlandırılacaq
8 dekabr, saat 19:00-da Azərbaycan Dövlət Mahnı Teatrında Avrasiya Yazarlar Birliyi, TÜRKSOY, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə III Beynəlxalq Mahmud Kaşğarlı Hekayə Müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçiriləcək. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bir çox mədəniyyət xadimlərinin və dövlət strukturlarının nümayəndələrinin iştirak edəcəyi tədbirdə Qədim Musiqi Alətləri Ansamblının ifasında konsert proqramı tamaşaçıların diqqətinə təqdim olunacaq.
Nəzərinizə çatdıraq ki, müsabiqədə Azərbaycan, Balkanlar (Qərbi Trakya, Bolqarıstan, Kosova, Makedoniya, Rumıniya), Başqırdıstan, Qaqauz, İraq, İran, Qazaxıstan, Krım, Qırğızıstan, Özbəkistan, Tatarıstan, Türkiyə, Türkmənistan, Uyğurlar, Çuvaşıstan, Xakasiya, Yakutiya, Altay, Tuva, Şimali Kipr Respublikası daxil olmaqla 25-ə yaxın ölkədən yazarlar iştirak ediblər.
Birinci yer üçün 1000 TL (Türkiyə lirəsi), ikinci yer üçün 750 TL, üçüncü yer üçün 500 TL məbləğində mükafat nəzərdə tutulub.
Qeyd edək ki, tədbir çərçivəsində, həmçinin türk dünyasında "İlin Ədəbiyyat Adamı – 2014" mükafatı da təqdim olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB