"Təbrizin sehrli nağılları" adlı kitabın təqdimat mərasimi keçiriləcək. SİA-nın verdiyi məlumata görə, Azərbaycan Respublikasının keçmişi və bu gününün mənzərəsini canlandırmaqla xalqımızın çoxsaylı abidələrinin aşkar edilməsi, təsviri, təbliği və təqdimi, onların beynəlxalq miqyasda tanıdılması məqsədilə 2013-cü ildə "İrs" silsiləsi çərçivəsində yeni layihəyə imza atılıb. Layihənin iki kitabı "Qədim Qalanın Yuxuları" və "Qobustan - minilliklər kitabı" adlı nəşrlər artıq işıq üzü görüb. Kitablar YUNESKO-nun Ümumdünya irs siyahısına daxil edilmiş Bakının qədim hissəsi – "İçərişəhər" və Azərbaycanın qayaüstü incəsənətinə həsr edilib.
Qeyd edək ki, növbəti "Təbrizin sehrli nağılları" kitabının təqdimatı 5 dekabr, saat 17.00-da "Hilton-Baku" otelində keçirilməsi nəzərdə tutulub. Kitab dünya incəsənəti tarixində özünəməxsus yeri olan, Orta və Yaxın Şərq xalqları incəsənətinin maraqlı və zəngin hissəsini təşkil edən Azərbaycan miniatür sənətinə həsr olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB