“Gülşəni-maarif” təzkirəsi çap olunub

“Gülşəni-maarif” təzkirəsi çap olunub

AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda Nəcəfqulu bəy Şeydanın "Gülşəni-maarif" təzkirəsi nəşrə hazırlanıb. SİA-nın verdiyi məlumata görə, əlyazması son dövrlərdə Əlyazmalar İnstitutuna daxil olan bu əsərdə XIX əsrin ikinci yarısı – XX əsrin əvvəllərində yaşamış 24 Azərbaycan şairinin şeirləri toplanıb.

İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimovun nəşrə hazırladığı kitabda əsərlərdən çoxu ilk dəfə olaraq oxuculara təqdim olunur.

"Elm və təhsil" nəşriyyatında işıq üzü görən kitabın redaktorları Arif Ramazanov və filologiya üzrə fəlsəfə doktoru Əkrəm Bağırovdur.

Qeyd edək ki, kitab tədqiqatçılar və geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə