Elmira Səfərovanın 80 illik yubileyinə həsr olunan konsert olacaq

Elmira Səfərovanın 80 illik yubileyinə həsr olunan konsert olacaq

Əməkdar İncəsənət Xadimi, professor, pianoçu, pedaqoq Elmira Səfərovanın 80 illik yubileyinə həsr olunan konsert keçiriləcək. SİA-nın verdiyi məlumata görə, konsertdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri çıxış edəcək.

Konsertin bədii rəhbəri və baş dirijoru xalq artisti Rauf Abdullayevdir.

Solistlər Əməkdar Artist Nərgiz Əliyarova, Bakı Musiqi Akademiyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elnarə Kəbirlinskaya və Xalq Artisti Murad Hüseynovdur.

Qeyd edək ki, konsert dekabrın 5-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə