Azərbaycanda ilk dəfə olaraq İnquşetiyanın Mədəniyyət Günləri keçirilir FOTOLAR

Azərbaycanda ilk dəfə olaraq İnquşetiyanın Mədəniyyət Günləri keçirilir FOTOLAR

Azərbaycanda ilk dəfə olaraq İnquşetiya Respublikasının Mədəniyyət Günləri keçirilir. Bu münasibətlə bu gün "1969" Qalereyasında "İnquşetiya: tarix və müasirlik" adlı dekorativ-tətbiqi sənət sərgisinin nümayişi baş tutub. SİA-nın verdiyi məlumata görə, Bakı şəhər mədəniyyət və turizm idarəsinin rəis müavini Nazim Əliyev, İnquşetiyanın mədəniyyət nazirinin müavini Ayna İlyasova, mətbuat nümayəndələri və başqaları iştirak ediblər.

Tədbiri Bakı şəhər mədəniyyət və turizm idarəsinin rəis müavini Nazim Əliyev açaraq bu tədbirin ölkəmizin gələcək münasibətlərinin inkişafı baxımından böyük əhəmiyyət daşıdığını bildirib: "İnquşetiya Mədəniyyət Günləri iki ölkə arasında qarşılıqlı mədəni əməkdaşlığın inkişafına, sıx ünsiyyət qurulmasına, İnquşetiyanın mədəni nailiyyətlərinin təqdim edilməsinə, təcrübə mübadiləsinin genişlənməsinə xidmət edəcək".

Daha sonra İnquşetiya Mədəniyyət nazirinin müavini Ayna İlyasova çıxış edərək diqqətə çatdırıb ki, Bu günlər çərçivəsind İnquşetiyanın dekorativ sənət nümunələrindən ibarət sərgi, konsertlər nəzərdə tutulub: "Bu günkü sərgidə biz İnquşetiya rəssamlarının və xalq tətbiqi sənəti ustalarının rəngkarlıq, bədii metal, ağacoyma, silahsazlıq, sənəti nümunələri ilə tanış olacaqsız".

Daha sonra "1969" Qalereyasında "İnquşetiya: tarix və müasirlik" adlı dekorativ-tətbiqi sənət sərgisinin nümayişi keçirilib. Sərgidə inquş rəssamlarının 70-dən artıq əl işləri nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə