Azərbaycan Dövlət Musiqili Teatrında daha bir tamaşanın – E. Sabitoğlu və Y. Şvartsın "Qırmızıpapaq" əsərinin premyerası olub. Teatrın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, uşaqlar üçün nəzərdə tutulan bu tamaşada xeyirlə şərin mübarizəsindən, bütün çətinliklərə və sınaqlara baxmayaraq sonda məhz xeyirin qələbə qazanmasından bəhs edilir.
Nəzərinizə çatdıraq ki, balaca tamaşaçılara bir sıra mənəvi-əxlaqi dəyərləri aşılayan səhnə əsərinin quruluşçu-rejissoru Azərbaycan Respublikasının əməkdar artisti Boris Qrafkindir. Tamaşada əsas obrazları Əməkdar artistlər Səmayə Musayeva, Ema Məlikova, aktyorlar Ruslan Mürsəlov, Mehriban Zalıyeva, Əlif Cahangirov, Rəsmiyyə Nurməmmədova, Elçin İmanov və başqaları canlandırır.
Qeyd edək ki, tamaşanın növbəti nümayişi 13 dekabr saat 12:00-da baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB