Tarixi abidələrlə bağlı xüsusi qurum yaradılacaq

Tarixi abidələrlə bağlı xüsusi qurum yaradılacaq

Bu gün Mədəniyyət və Turizm Nazirliyinin konfrans zalında nazir Əbülfəs Qarayevin iştirakı ilə mətbuat konfransı keçirilib. SİA-nın verdiyi məlumata görə, konfransda nazir Əbülfəs Qarayev jurnalistlərə nazirliyin yaxın zamanlarda müəyyən islahatların aparılması nəzərdə tutulduğunu diqqətə çatdırıb. Bildirib ki, nazirliyin daxilində tarixi abidələrlə bağlı xüsusi qurumun yaradılması planlaşdırılır: "Nazirlikdə informasiya şöbəsinin də yaradılması nəzərdə tutulur. Bu gün biz öz işlərimizi layiqincə təbliğ edə bilmirik. Hesab edirəm ki, bu işdə KİV nümayəndələri də iştirak etməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə