III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun vaxtı məlum oldu
"III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu gələn il mayın 20-21-də keçiriləcək". SİA-nın verdiyi məlumata görə, bunu mədəniyyət və turizm naziri Әbülfəs Qarayev bu gün keçirdiyi mətbuat konfransında bildirib.
O deyib ki, Bakıda keçiriləcək III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı hazırlıqlar artıq bu gündən başlayıb: "Bu forum iki ildən bir keçirilir və Azərbaycanın beynəlxalq sahədə imicinin formalaşdırılmasına müsbət təsir göstərib. Forumla bağlı bir neçə ölkədə təqdimatlar keçirilir. Həmçinin yaxın zamanlarda ABŞ-da da ilk belə təqdimatın keçirilməsi nəzərdə tutulur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB