Sumqayıt Dövlət Rəsm Qalereyasında karikaturaçı rəssam Adil Elçinin fərdi sərgisi açılıb. SİA-nın verdiyi məlumata görə, tədbir Sumqayıta şəhər statusunun verilməsinin 65 illiyi münasibətilə təşkil edilib.
Xalq Rəssamı Arif Hüseynov, sənətşünas Ziyadxan Əliyev, "Bakılı oğlanlar" klubunun üzvü Bəhram Bağırzadə, Xalq Artisti Arif Quliyev, "Kirpi" jurnalının baş rəssamı Hafiz Nəsiroğlu və başqaları sərginin açılışında çıxış edərək hazırda xaricdə yaşayan rəssamın yaradıcılıq yolundan danışıblar. Onun Ə.Əzimzadə yaradıcılıq məktəbinin layiqli davamçısı olduğu diqqətə çatdırılıb.
Qeyd edək ki, fərdi sərgi üç gün davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB