Beynəlxalq elmi konfransın materialları kitab şəklində çap olunub

Beynəlxalq elmi konfransın materialları kitab şəklində çap olunub

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun "Ümumtürk kontekstində Qarabağ xalq oyunları və meydan tamaşaları" Beynəlxalq elmi konfransının materialları "Zərdabi LTD" MMC-nin mətbəəsində kitab şəklində işıq üzü görüb.SİA-nın verdiyi məlumata görə, kitabda Tərtər rayonunda AMEA Folklor İnstitutunun, Tərtər Rayon İcra Hakimiyyətinin, "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin, Beynəlxalq Avrasiya Mətbuat Fondunun birgə təşkilatçılığı ilə keçirilən "Ümumtürk kontekstində Qarabağ xalq oyunları və meydan tamaşaları" Beynəlxalq elmi konfransının materialları toplanıb.

Kitab AMEA Folklor İnstitutunun elmi şurasının qərarı ilə çap olunub.

Qeyd edək ki, layihənin rəhbəri AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu (İmanov), elmi redaktorları filologiya elmləri doktoru Almaz Həsənqızı, filologiya üzrə fəlsəfə doktorları Mətanət Abdullayeva, Elxan Məmmədli, tərtib edəni filologiya üzrə fəlsəfə doktoru Fidan Qasımovadır.

Bütün xəbərlər Facebook səhifəmizdə