Əməkdar jurnalist: “Aparıcılarımızın nitqindəki qüsurlar getdikcə pisləşir” AÇIQLAMA
"Son 10-15 il bundan öncə telekanallar insanlarda düzgün danışıq dili aşılamağa çalışırdılar". Bunu SİA-ya açıqlamasında əməkdar jurnalist, tele-tənqidçi Qulu Məhərrəmli söyləyib.
Bildirib ki, hazırda bir çox telekanallardakı aparıcıların danışıq tərzi efirə uyğun deyil: "Hesab edirəm ki, bunların qarşısını mühafizəkar yanaşma ilə müəyyən qədər almaq olar. Belə ki, bizə təfəkkürü olan, Azərbaycan dilinin gözəlliyini, dolğunluğunu dəqiq ifadə edən aparıcılar lazımdır. Xüsusən xəbər proqramlarını aparan jurnalist daha çox diqqətli olmalıdır. Əgər aparıcılarımızda məsuliyyət olsa o zaman bu cür nöqsanlara da yol verilməz. Təəssüf ki, getdikcə vəziyyət düzəlmək əvəzinə daha da pisləşir. Bildiyiniz ki, bu yaxınlarda monitorinq keçirildi, bununla da dilimizin hansı vəziyyətdə olduğu aşkara çıxdı. Ümumilikdə dilin qaydalarını pozan, dilə ağırlıq gətirən aparıcılar qeydə alındı. Bu çox pis göstəricidir".
Q.Məhərrəmli həmçinin telekanallarımızda bəzi aparıcıların adlarını çəkərək danışıqlarına qüsurların olduğunu diqqətə çatdırıb: "Düşünürəm ki, qiymətləndirməni müəyyən kateqoriya üzrə bölmək lazımdır. Daha çox xəbər verilişinin aparıcıları diqqətli olmalıdır. Digər aparıcılarımız isə danışıq dilinə əsaslanırlar. Hesab edirəm ki, Mətanət Əliverdiyeva, Mikayıl Gülləddinoğlu və digərlərinin danışıqlarında müəyyən qədər qüsurlar var. Onlar monitorinq zamanı qeydə alınıblar. Bununla da onların nəzərinə çatdırılır ki, qısa müddətdə ekran qarşısında jurnalistlər öz qüsurlarını aradan qaldırsın və daha az səhvə yol versinlər. Başa düşmək olar ki, xəbər aparıcısının işi daha ağırdır. Belə ki, onlar müəyyən qədər situasiyanın təsiri altında, gərginlik, həyəcan müşahidə olunur. Bunlar başa düşüləndir. Ancaq dilin qaydalarına uyğun olan sözləri, cümlələri və vurğunu yanlış deyirlər. Onlar öz üzərlərində mütəmadi olaraq çalışmalıdırlar. Həmçinin monitorinqləri aparıcıların milli müzakirəsinə çevirmək olmaz. Bütövlükdə televiziya ədəbi normaların göstərilməsində məsuliyyət daşıyır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB