“Nadir şah” tamaşasının premyerası keçiriləcək

“Nadir şah” tamaşasının premyerası keçiriləcək

Yunus Oğuzun "Nadir şah" tamaşasının premyerası keçiriləcək. SİA-nın verdiyi məlumata görə, dekabrın sonlarında tanınmış yazıçı-publisist Yunus Oğuzun "Nadir şah" romanı əsasında səhnələşdirilmiş eyni adlı tamaşanın premyerası baş tutacaq. Quruluşunu rejissor Gümrah Ömərin verdiyi tamaşada baş rolu-Nadir şahı əməkdar artist Məmməd Səfa (Məmmədsəfa Qasımov) ifa edəcək.

Qeyd edək ki, tamaşa Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə səhnələşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə