Elçin Əzizov “Traviata” operasında çıxış edib

Elçin Əzizov “Traviata” operasında çıxış edib

Rusiya Dövlət Akademik Böyük Teatrının solisti, Azərbaycanın Əməkdar Artisti Elçin Əzizov Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində C.Verdinin "Traviata" operasında Jermon rolunu canlandırıb. Teatrın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tamaşada Elçin Əzizovla yanaşı, xalq artisti Əli Əsgərov (Markiz), Əməkdar Artist Səbinə Əsədova (Flora), Anton Ferştandt (Doktor), həmçinin Opera və Balet Teatrının gənc və istedadlı solistləri İlahə Əfəndiyeva (Violetta) və Fərid Əliyev (Alfred) çıxış ediblər.

Tamaşa dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev tərəfindən idarə olunub.

Qeyd edək ki, Elçin Əzizov Böyük teatrda çalışan ilk azərbaycanlı solistdir.

Bütün xəbərlər Facebook səhifəmizdə