Estrada-simfonik orkestrinin təqdimat konserti olacaq

Estrada-simfonik orkestrinin təqdimat konserti olacaq

Mədəniyyət və Turizm Nazirliyinin və R. Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının dəstəyi ilə Estrada-simfonik orkestrinin təqdimat konserti keçiriləcək. SİA-nın verdiyi məlumata görə, konsertdə əməkdar artist Xəyyam Mustafazadə və tanınmış müğənnilər Samirə Allahverdi, Aynur İsgəndərli, İlhamə Qasımova və Mədinə Kazımova iştirak edəcəklər.

Orkestrin dirijoru Azər Allaverdiyev, bədii rəhbəri Salman Qəmbərovdur.

Qeyd edək ki, konsert dekabrın 16-da Heydər Əliyev Sarayında baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə