Gənc Tamaşaçılar Teatrında daha bir premyera FOTO

Gənc Tamaşaçılar Teatrında daha bir premyera FOTO

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında ilin sonunadək daha bir yeni tamaşanın təhvil verilməsi üçün hazırda qızğın yaradıcılıq prosesi yekunlaşmaq üzrədir. Teatrın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görkəmli ingilis dramaturqu U.Şekspirin anadan olmasının 450 illiyi münasibətilə kollektiv dahi dramaturqun "III Riçard" tamaşasını bu ilin dekabr ayının 20-də öz sevimli tamaşaçılarına təqdim edəcək.

Azərbaycan teatrında uzun illər müraciət olunmayan "III Riçard" tamaşasının quruluşçu rejissoru xalq artisti Cənnət Səlimova, baletmeysteri Rusiya Federasiyasının Əməkdar İncəsənət Xadimi Sergey Qrisay, quruluşçu rəssamı Elşən Sərxanoğludur.

Səhnə əsərində əsas obrazları xalq artisti Ağaxan Salmanlı, əməkdar artistlər Şövqi Hüseynov, Nofəl Vəliyev, Gülər Nəbiyeva, Qəmər Məmmədova, Leyli Vəliyeva, Nəsibə Eldarova, Rahib Əliyev, Vahid Əliyev, aktyorlar Mehriban Abdullayeva, İradə Rəşidova, Natiq Fərzəliyev, Kərəm Hadızadə, Elşən Çarhanlı, Elnur Kərimov, Elnur Hüseynov və başqaları ifa edəcəklər.

Qeyd edək ki, görkəmli dramaturqun dünyaca məşhur "III Riçard" tamaşasının premyerası 20 dekabr, saat 19:00-da baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə