Pantomima teatrının dekabr REPERTUARI

Pantomima teatrının dekabr REPERTUARI

Azərbaycan Dövlət Pantomima Teatrının dekabr repertuarını SİA oxucularına təqdim edir.

Dekabrın 6, 7, 14, 21 tarixlərində Bəxtiyar Xanızadə və Bəhruz Əhmədlinin "Son ştrix" yeni tamaşası göstəriləcək.

Pantomima teatrı həvəskarları dekabrın 13-də Çingiz Aytmatovun əsəri əsasında hazırlanmış "Manqurt", 20-də Bəxtiyar Xanızadənin "Pantomima buketi" tamaşalarına baxa bilərlər.

Ceyhun Dadaşovun "Mən və mən"i dekabrın 27-də, Səbinə Hacıyevanın "Dejavü" tamaşası 28-də nümayiş etdiriləcək.

Teatrın kollektivi uşaqlar üçün dekabrın 14-də Abdulla Şaiqin "Tıq-tıq", 21-də Antuan de Sent-Ekzüperinin "Balaca şahzadə" tamaşaları göstəriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə