Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının truppası dramaturq Maarif Məmmədovun "Əcnəbi kürəkən" tamaşası ilə Bakının Qaradağ rayonunda qastrol səfərində olub. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, rayon mədəniyyət sarayında baş tutan tamaşaya əməkdar artist Adil Zeynalov quruluş verib. Əsərdə hadisələr bizim günlərdə ucqar dağ kəndlərinin birində cərəyan edir. Amerika vətəndaşı Ulyam Keytin turist qismində kəndə gəlişini istədiyi kimi yozur. Amma əslində Keytin əsas məqsədi Azərbaycan əsilli atasını tapmaqdan ibarətdir.
Tamaşanın quruluşçu rəssamı Tələt Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovundur. Rolları əməkdar artistlər Sucəddin Mirzəyev və Adil Zeynalov, aktyorlardan Əlibala Əsgərov, Qızılgül Quliyeva, Miraslan Ağayev, Niftulla Əsgərov, Emin Fərzullayev, Gülər Kərimova, Hikmət Cəfərov, Rauf Zeynalov, Təranə Əzizova və başqaları ifa ediblər.
Sonda teatrın direktoru Tofiq Heydərov səhnəyə çıxaraq göstərilən diqqətə görə Qaradağ Rayon İcra Hakimiyyətinin rəhbərliyinə və tamaşanın təşkilatçılarına minnətdarlığını çatdırıb.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB