Müğənni konsert verdi FOTO

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, birinci muğam televiziya müsabiqəsinin laureatı, gənc xanəndə Vüsalə Musayevanın "Axşamüstü Qarabağdan" adlı solo konserti baş tutub. SİA-nın verdiyi məlumata görə, xanəndəni Nahid Məmmədovun bədii rəhbəri olduğu "Şahnaz" instrumental ansamblı müşayiət edib.

Vüsalə Musayevanın ifasında səslənən musiqi nömrələri tamaşaçılara unudulmaz anlar bəxş edib. Xanəndə xalq mahnıları və təsniflərlə yanaşı, bəstəkar mahnılarını da səsləndirib. Konsertə "Qarabağ" şikəstəsi ilə yekun vuran gənc xanəndəni tamaşaçılar ayaq üstə alqışlayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə