Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyevin yeni kitabı çapdan çıxıb. SİA-nın verdiyi məlumata görə, Ziyadxan Əliyevin "Boyalı gülüşlər" adlı kitabının təqdimat mərasimi olacaq.
Kitabda Azərbaycan rəssamlarının görünməyən xasiyyətləri, həyat tərzləri, xüsusiyyətləri bir araya toplanaraq, oxucuya təqdim edilib. 420 səhifədən ibarət olan bu unikal nəşrdə Azərbaycan rəssamlarının qədim dövrlərdən başlayaraq indiyə qədər həyatında baş vermiş məzəli əhvalatlar, eləcə də milli rəssamlıqla bağlı maraqlı hadisələr və rəssamların şarjları öz əksini tapıb.
Qeyd edək ki, dekabrın 3-də Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda baş tutacaq təqdimat mərasimində kitabın imza günü və satışı da keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB