Arif Məlikovun müəllif konserti keçirilib

Arif Məlikovun müəllif konserti keçirilib

Azərbaycan Dövlət Filarmoniyasında görkəmli bəstəkar, tanınmış ictimai xadim, SSRİ Xalq Artisti, Dövlət mükafatı laureatı, professor Arif Məlikovun müəllif konserti keçirilib. SİA-nın verdiyi məlumata görə, konsertdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri tərəfindən "Metamorfolar" simfonik poeması, 2 və 6 nömrəli simfoniyalar, fortepiano və orkestr üçün konsert səsləndirilib.

Orkestrin bədii rəhbəri və baş dirijoru xalq artisti Rauf Abdullayevdir. Solist əməkdar artist Adilə Əliyeva (fortepiano) olub.

Bütün xəbərlər Facebook səhifəmizdə