“Resm”in Dubaydakı Beynəlxalq Zərgərlik Həftəsində debütü

“Resm”in Dubaydakı Beynəlxalq Zərgərlik Həftəsində debütü

Azərbaycanın ilk milli zərgərlik brendi olan "Resm", 2014-cü ilin 3-6 dekabr tarixlərində keçiriləcək Beynəlxalq Zərgərlik Həftəsində sərgilənəcək. SİA-nın verdiyi məlumata görə, istehsalçıları, topdan və pərakəndə satıcıları, peşəkar sənətkarları bir araya gətirən sərgi Dubayın (BƏƏ) Dünya Ticarət Mərkəzində həyata keçiriləcək.

"Resm"-in zərgərlik məmulatları C3-45 nömrəli ("Elegant Avenue") stendində nümayiş etdiriləcək.

Qədim Azərbaycan ornament və naxışlarının müasir interpretasiyasını təqdim edən "Resm"in zinət əşyaları sadəcə dəbdəbəli aksesuar deyil, Azərbaycanın mədəniyyəti, ənənələri və hər şeydən öncə, milli ruhuna bağlıdır. Dövrdən asılı olmayaraq, "Resm"in zinət əşyaları mükəmməllik və ən yüksək keyfiyyət sayəsində adi dəb trendlərindən üstün olmağa və əcdadlarımızın aləmini kəşf edib yenidən yaşatdırmağa imkan verir. "Resm"in bütün məmulatları, dizaynın tarixi konteksti, ornament və ənənəvi naxışların mənşəyi barədə məlumat verən, fərdi təsvirlərlə təchiz olunur. Bu məmulatları 14/18 karat qızıldan və qiymətli daşlardan istifadə etməklə hazırlanır. Kişilər üçün nəzərdə tutulan əşyalar, həmçinin ən yüksək keyfiyyətli gümüşdən də hazırlanır.

Bütün xəbərlər Facebook səhifəmizdə