25-28 noyabr tarixində Türkiyə Respublikasının İstanbul şəhərində İslam Əməkdaşlıq Təşkilatının İqtisadiyyat və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) 30-cu iclası keçiriləcək. SİA-nın verdiyi məlumata görə, iclasda üzv ölkələr arasında iqtisadiyyat və ticarət sahəsindəki əməkdaşlıq təşəbbüslərinin müzakirə edilməsi, Komitənin Strategiyasının tətbiqinin qiymətləndirilməsi nəzərdə tutulub.
İclas çərçivəsində 27 noyabr tarixində "İƏT-ə üzv ölkələrdə turizm sektorunun inkişafında dövlət-özəl sektor əməkdaşlığının rolu" mövzusunda turizm nazirlərinin toplantısı öz işinə başlayıb. Türkiyə Respublikasının prezidenti cənab Rəcəb Tayyib Ərdoğan iclasda açılış nitqi ilə çıxış etmişdir. Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayev sözügedən iclasda iştirak edir.
Sessiya müddətində Müstəqil sənaye və iş adamları Dərnəyinin XV Beynəlxalq sərgisi və XVIII Beynəlxalq Biznes Forumu təşkil ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB