Nizami Cəfərov: “Onların kökünü çoxdan kəsərdilər” AÇIQLAMA

Nizami Cəfərov: “Onların kökünü çoxdan kəsərdilər” AÇIQLAMA

"Biz Azərbaycan ərazisində yaranmış istər türklərə, istərsə də xristianlara aid olan abidələri qoruyuruq". Bunu SİA-ya açıqlamasında millət vəkili Nizami Cəfərov söyləyib. Bildirib ki, ermənilərdən fərqli olaraq azərbaycanlılar həm öz, həm də başqa dövlətlərin tarixinə hörmət edən millətdir: "Azərbaycanda erməni kilsələri mövcuddur. Lakin biz onların hər hansı formada istifadəsinə icazə verə bilmərik. Amma abidə kimi bərpa olunub, mədəni məqsədlərlə istifadə olunur. Ermənilər isə Azərbaycan abidələrini dağıdıb məhv etməklə cəmiyyətdə özləri haqqında təsəvvür yaradırlar. Onu da deyim ki, ermənilərin belə bir xüsusiyyəti var ki, onlar heç yaşamadıqları, tarixən olmadıqları ərazilərdə özlərinə tarix yaratmağa çalışırlar. Bu cür haqsızlıqlara dünya birliyi hələ də göz yumur. Yəqin dünyaya belə millət də lazımdır. Əks halda, onların kökünü çoxdan kəsərdilər".

Bütün xəbərlər Facebook səhifəmizdə