Azərbaycan Dövlət Musiqili Teatrında olduqca maraqlı, musiqili-əyləncəli Yeni il şənliklərinin hazırlıqları başa çatmaq üzrədir. Teatrın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, hər il olduğu kimi bu il də balaca tamaşaçıları uzun müddət unuda bilməyəcəkləri maraqlı anlar, sürprizlər, hədiyyələr və yeni tamaşa gözləyir. Yeni İl bayram proqramlarının bəzəyi olan Şaxtababa və Qar qız balacaları teatrın məhz onlar üçün hazırladığı yeni tamaşaya – Şarl Peronun "Yatmış gözəl və cırtdanlar" səhnə əsərinə baxmağa dəvət edəcək.
Qeyd edək ki, tamaşanın quruluşçu-rejissoru Elşad Rəhimzadədir. E. Rəhimzadə bildirib ki, Musiqili Teatrın hazıladığı Yeni İl şənliklərində balacaları Disneyin məşhur nağıl qəhrəmanları, sehirli pərilər, oyunbaz çırtdanlar, cadugər, Santa Klaus, sevimli nağıl personajları – Macdonald, Vinni Pux və başqaları ilə əyləncəli anlar gözləyir. "Yatmış gözəl və cırtdanlar" tamaşasındakı yatmış gözəli oyadacaq Prins – şahzadə məhz balaca tamaşaçılar arasından seçiləcək. Həmin balaca tamaşaçı – şahzadə zaldan səhnəyə gələnə qədər müxtəlif sınaqlardan keçərək sonda yatmış gözəli oyadacaq. E. Rəhimzadə qeyd edib ki, teatrın hazırladığı builki Yeni il şənlikləri məktəblilərin qış tətili günlərində uşaqlara ikiqat bayram əhval-ruhiyyəsi bəxş edəcək.
Tədbirin sonunda Şaxtababa hədiyyələrlə balaca tamaşaçıları sevindirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB