“Azərbaycan rəssamlarının foto portretləri”

“Azərbaycan rəssamlarının foto portretləri”

Azərbaycan Yazıçılar, Fotoqraflar və Jurnalistlər birliklərinin üzvü Şirməmməd Nəzərlinin "Azərbaycan rəssamlarının foto portretləri" sərgisi açılacaq. SİA-nın verdiyi məlumata görə, sərgidə ARİ tarixində ilk dəfə olaraq respublikanın tanınmış rəssam, heykəltəraş və sənətşünaslarının portretləri nümayiş olunacaq.

ARİ-nin dəstəyi ilə reallaşacaq sərginin məqsədi yaradıcı insanlara diqqət göstərmək, onların bir-biriləri ilə növbəti dəfə təmasda olmalarına şərait yaratmaq, foto sənəti ilə rəssam yaradıcılığının yaxınlığı mövzusunda mülahizələr aparmağa yardımçı olmaqdan ibarətdir.

"Azərbaycan rəssamlarının foto portretləri" sərgisi üçün 55 sənətkarın portreti hazırlanıb.

Üç gün davam edəcək fotosərgi müəllifin tamaşaçılar qarşısında beşinci hesabatıdır.

Qeyd edək ki, sərgi dekabrın 3-də Azərbaycan Rəssamlar İttifaqının (ARİ) V.Səmədova adına sərgi salonunda baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə