“Yozqat Blues” filmi nümayiş olunub

“Yozqat Blues” filmi nümayiş olunub

Bakıda keçirilən Türkiyə Mədəniyyəti Günləri çərçivəsində "Yozqat Blues" filmi nümayiş olunub. SİA-nın verdiyi məlumata görə, baş rolları Ercan Kesal, Ayça Damqaçı və Tansu Biçer oynayırlar.

2013-cü ildə Türkiyə və Almaniya kinematoqraflarının birgə istehsal etdikləri bu filmin rejissoru Mahmud Fazil Coşqun. Dram və komediya janrında çəkilən filmin ssenari müəllifləri isə Tarık Tufan və Mahmud Fazil Coşqundur.

"Yozqat Blues" filmi bir sıra beynəlxalq festivallarda nümayiş olunaraq, müxtəlif mükafatlara layiq görülüb.

Qeyd edək ki, Türkiyə Mədəniyyəti Günləri noyabrın 27-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə