Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni il tamaşasının yaradıcılıq işlərinə start verilib. Hər il olduğu kimi bu dəfə də kiçik yaşlı tamaşaçılarımızı maraqlı, əyləncəli, hədiyyə və sürprizli yeni il tamaşası gözləyir. Teatrın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, əməkdar artist Nicat Kazımovun quruluşunda təqdim olunacaq "Madaqaskar" adlı yeni il tamaşasında qəhrəmanlar ekrandan səhnəyə gəlməklə, maraqlı rejissor yozumu və süjet xətti, rəngarəng geyimləri, musiqisi və səhnə tərtibatı ilə azyaşlı tamaşaçıların yeni il tətilinə əvəzolunmaz hədiyyə olacaq.
Tamaşada teatrın gənc və istedadlı aktyorları Nuriyyə Əliyeva, Mehriban Hüseynova, Roza İbadova, Anar Seyfullayev, Araz Pirimov, Müşfiq Əliyev, Ramil Məmmədov, Vahid Orucoğlu, Bəhram Həsənov, Zaur Əliyev və başqaları uşaqların sevimli obrazlarını canlandıracaqdır.
Qeyd edək ki, sürprizlərlə zəngin əyləncəli bayram proqramı və yeni tamaşa dekabr ayının 25-dən, 2015-ci ilin yanvar ayının 4-dək saat 12:00, 14:00-da nümayiş etdiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB