Məşhur rejissor Robert Sturua Musiqili Teatrda olub

Məşhur rejissor Robert Sturua Musiqili Teatrda olub

Məşhur gürcü teatr rejissoru, bir sıra beynəlxalq mükafatlar laureatı, SSRİ Xalq artisti Robert Sturua bu günlərdə Azərbaycan Dövlət Musiqili Teatrında olub. SİA-nın verdiyi məlumata görə, teatrın bir qədər əvvəl təmirdən çıxmış binası ilə, rejissor və aktyorlara yaradılmış şəraitlə tanış olan sənətçi heyrətini gizlədə bilməyib.

"Bu cür müasir bina, yaradıcı heyət üçün yaradılmış super şərait Azərbaycan dövlətinin teatra, sənətə, ümumilikdə mədəniyyətə olan qayğı və diqqətinin bariz nümunəsidir. Mən nəinki postsovet məkanında, hətta Avropanın bir sıra qabaqcıl ölkələrində belə bir mənzərə ilə qarşılaşmamışam"-deyə, Robert Sturua Musiqili Teatrın direktoru Əliqismət Lalayevlə görüşü zamanı bildirib.

Yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirən R. Sturua ilə Musiqili Teatr arasında gələcək əməkdaşlıqla bağlı ilkin razılaşma əldə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə