Tanınmış rəssam Zaur Tağıyevin "Narıncı" adlı fərdi sərgisi açılacaq. SİA-nın verdiyi məlumata görə, rəssamın müxtəlif janrlarda işlədiyi rəngkarlıq əsərləri orijinallığı və göz oxşayan koloritinə görə fərqlənir. Zaur Tağıyev realizm, surrealizm və son dövrlərdə isə mücərrəd üslublarda işləyir. Onun əsərləri dünyanın bir sıra ölkələrində şəxsi kolleksiyalarda saxlanılır.
Nəzərinizə çatdıraq ki, noyabrın 28-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) muzey-sərgi kompleksində baş tutacaq sərgi dekabrın 10-dək davam edəcək. Sərgidə rəssamın 100-dən artıq əl işi nümayiş olunacaq. Həmçinin bu işlərin simvolik qiymətə satışı da nəzərdə tutulub.
Qeyd edək ki, bu sərgi rəssamın sayca üçüncü fərdi sərgisidir. Zaur Tağıyevin ilk fərdi sərgisi 2010-cu ildə keçirilib. 2013-cü ildə isə onun ADRA-da "Ümid" adlı rəsm sərgisi təşkil olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB