Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Bakıda keçirilən Türkiyə mədəniyyəti günləri çərçivəsində Azərbaycan və Türkiyə aşıqlarının deyişməsi keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev aşıqların deyişməsinin hər zaman gözəl olduğunu, sevinclə qarşılandığını bildirib. Xalqlarımızın tarixi köklərinin yaxınlığından qaynaqlanan belə tədbirlər gələcək münasibətlərimizin daha da dərinləşməsində mühüm əhəmiyyət daşıyır.
Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtma müşaviri Seyid Ahmet Arslan çıxışında iki qardaş ölkə rəhbərlərinin dostluq münasibətlərindən söz açıb.
Sonra hər iki ölkənin tanınmış aşıqlarının ifasında deyişmə başlayıb.
Görkəmli türk aşıqları Gültəkin Buludoğlu, Bahəddin Yıldızoğlunun, eləcə də Azərbaycan aşıqları Altay Məmmədov, Dəmir Gədəbəyli və başqalarının deyişmələri maraqla qarşılanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB